Azərbaycan Türkiyədən zirehli kater alıb
6 Mart 2014 17:50 SiyasətAzərbaycan Türkiyənin "Nektonbot" şirkətindən "SHARK PEY-014" tipli zirehli kater alıb.
APA-nın şirkətə istinadən verdiyi məlumata görə, Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən alınmış kater yüksək manevr qabiliyyətinə sahib olmaqla yanaşı, sərt hava şərtlərində belə dənizdə qala bilir. Katerin sərnişin kabinəsi kapitan da daxil olmaqla, 9 nəfər tutur.
Uzunluğu 14 metr olan katerin sürəti 40 dəniz milidir
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00