ADP-nin təşəbbüsü dəstək qazanmır
6 Mart 2014 16:08 SiyasətAzərbaycan Demokrat Partiyasının müxalifətin 2015-ci ilin parlament seçkilərinə birgə getməsi təşəbbüsünə digər siyasi partiyalar tərəfindən hələlik ciddi reaksiya yoxdur. Bu barədə məlumat "OLAYLAR"-a partiyadan daxil olub. Bildirilib ki, partiyaların birgə fəaliyyəti təşəbbüsünə olan biganə münasibət öz-özlüyündə müxalifətin birgə əməkdsaşlığa maraqlı olmamasının göstəricisidir: "Görünür hələ də bir sıra partiyalar keçmişdə buraxılan səhflərdən nəticə çıxarmayıblar. Ona görə də bizim irəli sürdüyümüz təşəbbüsə normal münasibət sərgilənmir".
Qeyd edək ki, ADP 2015-ci il parlament seçkilərində müxalifətin birgə iştirak etməsi, bu məqsədlə partiyaların birgə iştirakı ilə müvafiq komissiyaların təşkil edilməsi təşəbbüsü ilə çıxış edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00