Krım Rusiya üçün baş ağrısı olacaq
6 Mart 2014 16:08 Siyasət"Qərb üçün Krım məsələsi oldu-bitdi deyil. Ancaq Rusiyanı ağıllandırmaq üçün Krım məsələsinin həllinin məqsədyönlü şəkildə uzadılması ehtimalı böyükdür". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri millət vəkili Fazil Mustafa səsləndirib. Millət əkilinin sözlərinə görə, bu bulanıq dövrdə Krım tatarları yeni bir köç dalğasını yaşamalı olacaqlar: "Bundan sonra Krım Rusiya üçün baş ağrısı, Ukrayna üçün isə ürək ağrısı olacaq. Rusiya Krımı nikahdankənar uşaq kimi gizlədərək saxlayacaq, Ukrayna isə Krıma başqasının himayəsində yaşamağa məcbur buraxdığı öz övladı kimi baxacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00