“Rusiya sərhədlərini itirəcək”

Rüstəm Məmmədov: “Qərb və ABŞ tərəfindən elə bir sanksiyalar tətbiq olunur ki, onların qarşısında tab gətirmək Rusiya üçün çox çətin olacaq”

Politoloq Rüstəm Məmmədov Rusiyanın Ukrayna siyasətini dəyərləndirib. R.Məmmədov bildirib ki, super güclərin Ukrayna ətrafında üçüncü dünya müharibəsinə hazırlıq prosesləri cərəyan edir. R.Məmmədov hesab edir ki, ABŞ, Qərb və Rusiyanın geosiyasi maraqları dünyanı yenidən insan qanına çalxalaya bilər. Rusiyanın Ukrayna ilə bağlı mövqeyindən geri çəkilmək istəmədiyini deyən Rüstəm Məmmədovun sözlərinə görə, ABŞ və Qərb isə öz maraqlarının təmin edilməsi üçün təkid edir: "Vəziyyətin üçüncü dünya müharibəsi həddinə çatdırılması dəhşətli təhlükələrdən xəbər verir". Politoloq ABŞ və Qərbin sanksiyalarının qarşılığında Rusiyanın müttəfiqələrə heç bir təsir rıçaqlarının olmadığı qənaətindədir. R.Məmmədov hesab edir ki, Rusiyanın heç bir adekvat cavabı yoxdur, ola bilməz: "Qərb və ABŞ tərəfindən elə bir sanksiyalar tətbiq olunur ki, onların qarşısında tab gətirmək Rusiya üçün çox çətin olacaq. Rusiya müttəfiqlətlə daban-dabana oyun oynayır, bunun isə federasiyaya verəcəyi fəsadlar təhlükəlidir". Rüstəm Məmmədov vurğuladı ki, Ukraynanın əldən çıxması ilə Rusiya sərhədlərinin bir hissəsini itirəcək. İqtisadi və siyasi arealda mübarizə apardıqları dövlətlərin sərhədləri yaxınlığında yerləşməsinin Rusiyanı narahat etdiyini hesab edən R.Məmmədov: "Yaxınlaşmanın Rusiyaya fəlakət gətirəcəyini Putin çox gözəl bilir. Beynəlxalq siyasətin gündəmində duran məsələlər tamamilə Rusiyanın əleyhinədir" - deyir. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00