Deputatımız İtaliyaya səfər edəcək

Milli Məclisin deputatı, İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli martın 6-da İtaliyaya səfər edəcək. Milli Məclisdən "Olaylar"a verilən məlumata görə, millət vəkili İtaliyanın Bormio şəhərinin Azərbaycanın Qax şəhəri ilə qardaşlaşma mərasimində iştirak edəcək. Səfər çərçivəsində Azər Kərimli burada bir sıra görüşlər keçirəcək. Görüşlərdə ölkələrimiz, o cümlədən Bormio ilə Qax şəhərləri arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi, iki ölkə xalqlarının dostluq əlaqələrinin möhkəmləndirilməsi və digər qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq. Səfər martın 11-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00