Millət vəkili: “Xocalı soyqırımını törədənlər ədalət qarşısında cavab verəcək”
5 Mart 2014 16:52 Siyasət"Xocalı soyqırımının beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində həyata keçirilən tədbirlər bəhrəsini verməkdədir". Bunu deyən millət vəkili Qənirə Paşayevanın sözlərinə görə, artıq ermənilər tərəfindən Xocalıda törədilən qətliamı tanıyan dünya dövlətlərinin sayı artmaqda davam edir: "İnanırıq ki, aparılan işlərin sonu bu soyqırımı törədənlərin ədalət qarşısında cavab verməsilə nəticələnəcək. Konlret olaraq Xocalı soyqırımını törədənlərin beynəlxalq məhkəmələr qarşısında cavab verməsinə nail olunacaq. Bunun üçün isə təbii ki, bundan sonra da işlər və fəaliyyətin artırılmasına ehtiyac var. Yalnız bu halda bu soyqırımı törədən cinayətkarların ədalət qarşısında cavab verməsinə nail ola biləcəyik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00