“Qərbin Rusiyaya hücumu təhlükəli olacaq”

Hikmət Hacızadə: “Krımdakı rus hərbi bazalarının, rusdilli əhalinin hüquqlarının artırılması, rus dililə bağlı müəyyən razılaşmaların əldə edilməsi mümkündür”

Politoloq Hikmət Hacızadə Rusiyanın Ukrayna ilə bağlı siyasətini şərh edib. H.Hacızadə bildirib ki, Rusiya Ukrayna siyasətindən müəyyən qazanclarla çıxa biləcək. H.Hacızadə hesab edir ki, Krımın tamamilə Rusiya tərəfindən işğal edilməsi baş tutan məsələ deyil: "Amma Moskva Krımın statusu ilə bağlı Ukrayna ilə olan müqavilələri yeniləyə bilər. Krımdakı rus hərbi bazalarının, rusdilli əhalinin hüquqlarının artırılması, rus dililə bağlı müəyyən razılaşmaların əldə edilməsi mümkündür. Rusiya Ukraynadan indiki məqamda bu şərtlərin yerinə yetirilməsini istəyir". Hikmət Hacızadə qeyd etdi ki, Rusiya Krımı tamamilə işğal edib ərazisinə qatmaq istəsə, ABŞ və Qərbin ona adekvat cavabı çox ciddi olacaq. Politoloqun sözlərinə görə, Ukrayna ətrafında baş verənlər Rusiyaya baha başa gələcək. "Artıq Rusiya Krıma müdaxiləyə görə, birjada 74 milyard dollar itirib. Rusiya mövqeyindən geri çəkilməsə Qərbin cavab hücumu çox təhlükəli olacaq" - deyə Hikmət Hacızadə bildirib. ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00