Erməni politoloq: “Azərbaycanla təkbaşına qalmaq istəmirik”
5 Mart 2014 13:16 Siyasət"Ukraynada vəziyyətin gərginləşməsi Ermənistan üçün ciddi problemlər ortaya çıxara bilər" - "Erməni Strateji və Milli" Araşdırmalar Mərkəzinin politoloqu Saro Saroyan yerli mətbuata açıqlamasında belə deyib. S.Saroyan qeyd edib ki, NATO Rusiyaya müharibə elan edəcəyi təqdirdə Ermənistan üçün regionda təhlükəli vəziyyət yaranacaq. Saroyan bildirib ki, Qərblə Rusiya arasına vəziyyətin gərginləşməsi Dağlıq Qarabağın geri qaytarılmasına görə Azərbaycan üçün əlavə fürsət yarada bilər: "Ermənistan faktiki olaraq Rusiyanın Qərblə müəyyən problemlərə başı qarışsa, Ermənistan Azərbaycanla üz-üzə qalacaq. Ermənistan isə heç vaxt belə vəziyyət arzu etmir. Ukraynada vəziyyət Rusiyanın lehinə başa çatsa, Ermənistan üçün yaxşı olacaq. Əks təqdirdə regionda başlayacaq müharibə kiçik Ermənistan üçün qorxulu olacaq". ("OLAYLAR İA")