İctimai Palata fəaliyyətini dayandırdı
4 Mart 2014 16:58 SiyasətBu gün İctimai Palatanın (İP) Koordinasiya Şurasının toplantısı keçirilib. İP KŞ üzvü Zəfər Quliyevin APA-ya verdiyi məlumata görə, toplantıda İP-in fəaliyyəti ilə bağlı müzakirələr aparılıb və qurumun fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul olunub: "İclasda İctimai Palatanın fəaliyyəti dəyərləndirildi. Qurumun fəaliyyətinin dayandırılması ilə bağlı ümumi razılığa gəlindi. Bunun səbəbləri ilə bağlı mətbuatda yekun sənəd yayılacaq".
Hazırda toplantı davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00