Deputat: “Azərbaycana qarşı təhdidlər olur”

"İnsan hüquqları ilə bağlı olaraq mütəmadi olaraq bizə qarşı ədalətsiz mövqe nümayiş olunur. Bu vasitədən istifadə edərək Azərbaycana hər hansı təhdidlər olunur". Bunu deyən deputat Siyavuş Novruzov ABŞ Departamentinin ölkəmizlə bağlı hesabatında əks olunmuş tənqidlərinə etiraz edib: "2013-cu il prezident seçkiləri əsaslandırmaq istəyirlər. Onlar ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları bürosuna əsaslanır. Hansı ki, ABŞ seçkilərində öz ərazisinə bu orqanı buraxmadı. Rusiyaya 70 nəfər müşahidəçi göndərməyə çalışırdılar. Amma Rusiya 8 nəfərin gəlməsinə icazə verdi. Sonra isə ümumiyyətlə seçkilərə buraxılmadılar. Bu faktlar olduğu halda nəyə əsaslanaraq Azərbaycanda keçirilən seçkilərə münasibət bildirirlər? Azərbaycan müəllimi, həkimi və zəhmətkeşi haqqında hesabatda bir kəlmə də olsun yazılımır. Xüsusilə Xocalı soyqırımı ilə əlaqədar nə qədər insanın hüquqları pozulub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00