Britaniya səfirliyindən viza açıqlaması

Səfirlik Britaniyaya gedən azərbaycanlıların sayının 20% artdığını açıqlayıb

Britaniyanın Azərbaycandakı səfirliyindən viza xidməti ilə bağlı açıqlama verilib. Səfirlikdən verilən məlumata görə, Britaniya səfirliyi Bakıda viza xidmətini dayandırması barədə yayılan xəbərlər yalandır: "Əslində, Azərbaycan vətəndaşlarının Britaniyaya səfərini daha da asanlaşdırmaq üçün bu xidməti genişləndirilir".

Səfirlikdən bildiriblər ki, aprel ayının 1-dən viza müraciətləri Bakının mərkəzində yerləşən yeni bir mərkəzdə qəbul olunacaq: "Bu o deməkdir ki, viza almaq üçün indiyə qədər səfirliyə müraciət olunurdusa, bundan sonra həmin mərkəzə müraciət olunacaq. Bu mərkəzdə müştərilər onlara göstəriləcək yüksək xidmətdən faydalana biləcək. Yeni mərkəz barədə ətraflı məlumat, ünvanı, əlaqə nömrələri həmçinin iş saatları tezliklə tərəfimizdən dərc olunacaq. Beləliklə, viza ilə bağlı bütün müraciətlərin Bakıda qəbul olunması davam edəcək. Azərbaycan vətəndaşları sənədlərinin vermək üçün başqa ölkəyə getməyəcək və onlar Bakıda yüksək xidmət almağa davam etdirəcəklər".  Səfirlikdən Britaniyaya səfər edən azərbaycanlıların sayı məsələsinə də aydınlıq gətiriblər. Məlumata görə, keçən il Britaniyaya səfər edən Azərbaycan vətəndaşlarının sayında 20% artım var. "Biz bu sayın daha da artmasını gözləyirik və düşünürük ki, bu dəyişiklikdən sonra artımla bağlı olan gərginliyi aradan götürmək daha da asan olacaq, göstərdiyimiz yüksək viza xidməti daha da genişlənəcək. Birləşmiş Krallıq Azərbaycan vətəndaşları üçün həm işgüzar, həm təhsil, həm də turizm baxımından ən çox səfər edilən məkan olmaqda davam edir".  ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00