Oqtay Əsədov: “Azərbaycan bütün qlobal münaqişələrin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır”
4 Mart 2014 14:02 SiyasətMilli Məclisin bu gün keçirilən plenar iclasında Ukrayna və Rusiya, eləcə də bir sıra qlobal problemlər haqqında müzakirələr aparılıb. Milli Məclisin spikeri Oqtay Əsədov bildirib ki, Azərbaycan hökuməti bütün münaqişələrin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır. "Rusiya və Ukrayna arasında baş verən münaqişələr onların daxili məsələləridir. Bu ölkələr dost və qardaş ölkələrdir və aralarındakı münaqişələri özləri həll edəcəklər. Rusiyada 2 milyon, Ukraynada isə 300 min Azərbaycan vətəndaşı yaşayır. Biz bu vətəndaşların taleyini düşünməliyik. Azərbaycan hökuməti bütün qlobal münaqişələrin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır və həmçişə bu aspektdən çıxış edəcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00