Eldəniz Quliyev həbs təhlükəsindən sığortalandı

Xətai Rayon Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin "El" hərəkatı adlı qurumun Ali Məclis sədri Eldəniz Quliyevə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə hazırlıq iclası keçirilib. Partiyadan "OLAYLAR"-a bildirilib ki, hakim İ.İbrahimli iddiaçının məhkəməyə təqdim etdiyi sübutları nəzərə almadan və hər hansı qanuni əsas göstərmədən, işin icraata götürülməsindən imtina edib. Partiya Xətai Rayon Məhkəməsinin qərarını aldıqdan sonra apellyasiya qaydasında şikayət verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00