XXI əsr vəhşilik əsri olacaq
4 Mart 2014 13:05 Siyasət"XXI əsr inkişaf yox, deyəsən vəhşilik əsri olacaq. Heç ibtidai icma quruluşunda belə deyildi. Rus ayısının böyüməsinə göz yumanlar indi onunla bacara bilmir". Bu fikirləri QHT Alyansının üzvü Nazir Quliyev Rusiyanın Ukraynaya hərbi müdaxilə planına münasibət bildirərkən səsləndirib: "Ümid edirəm ki, onun pəncəsini sındıran olacaq". Nazir Quliyevin sözlərinə görə, Rusiya eyni zamanda rus mədəniyyəti ilə formalaşmış müsbət ənənələri də məhv edir: "Təəssüf ki artıq bütöv bir millətə nifrət etməyə başlayıram. Çünki tökülən qanlara onlar da şərikdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00