Millət vəkili: “Onları Allaha həvalə edirəm”
4 Mart 2014 13:03 Siyasət"Səmimi, dürüst və xeyirxah ol. Sənə pislik edənləri isə Allaha əmanət et və gözlə. O sənin düşündüyündən də ağır cəzanı verəcək". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri millət vəkili Qənirə Paşayeva son günlər ona qarşı yönəlmiş ittihamlara münasibət bildirərkən səsləndirib. Millət vəkili facebook statusunda qeyd edib ki, Allah günahsız qullarının qırılan qəlblərini, gözyaşlarını yerdə qoymaz: "Bütün həyatım boyu belə yaşadım və Allaha həvalə etdiklərimi qısa zaman sonra Rəbbimin necə cəzalandırdığını gördüm. Yenə Allaha həvalə edirəm. Çünki hər şeyin doğrusunu görən və bilən O-dur. İnanıram ki, o hər şeyi aydınlığa çıxaracaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00