Müsavatçılardan Rəsul Quliyevə məsləhət

"Müsavat hansısa şəxslər ətrafında yaranmış bir partiya deyil. Müsavat ideologiya əsasında yaradılmış partiyadır və  bu gün başqanlığa namizəd olan hər bir insan müsavatçılıq dəyərlərinə sadiqdir". Bu fikirləri "OLAYLAR"-a Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı eks-spiker Rəsul Quliyevin təmsil etdiyi partiya barəsində səsləndirdiyi fikirlərərə münasibət bildirərkən qeyd edib. "Rəsul müəllimə bir daha məsləhət görərdim ki, Müsavatın taleyi üçün narahat olmasın və öz rəhbərliyi altında olan qurumla maraqlansın. Bu gün Müsavatı belə bir absurd yanaşma ilə ittiham etmək açıq qərəz və düşmənçilikdən başqa bir şey deyil. Müsavatın başqanlığa namizədlərinin çoxluğundan və ya azlığından asılı olmayaraq Müsavata hər hansı bir zərbə dəyəcəyini qətiyyən düşünmürəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00