ADP Rusiyanın işğalçılıq siyasətini pisləyir

Azərbaycan Demokrat Partiyası İdarə Heyətinin (İH) növbəti həftəlik toplantısı keçirilib. Partiyadan "OLAYLAR"-a daxil olan məlumata görə, toplantıda ölkədə və dünyada ötən həftə ərzində baş verən mühüm ictimai-siyasi hadisələr dəyərləndirilib və bəzi təşkilati məsələlərə dair fikir mübadiləsi aparılıb. Ukraynadakı son hadisələrə, xüsusilə də Krımda Rusiya qoşunlarının işğalçılıq hərəkətlərinə diqqət yetirən partiya baş verənləri beynəlxalq hüquqa zidd olaraq Rusiya Federasiyasının Ukraynaya hərbi təcavüzü kimi qiymətləndirib. ADP Putinizmin işğalçılıq səylərini qətiyyətlə pislədiyini bir daha bildirib. ADP İdarə Hüeyəti həmçinin Heydər Əliyev fondunun uşaq tərbiyyə müəssisələri ilə bağlı son təşəbbüsünü təqdir edib və respublikanın müxtəlif rayonlarında, xüsusilə də Bakı şəhərində uşaq bağçaları, hətta məktəb ərazilərinin başqa məqsədlər üçün satılması, o cümlədən özəl məktəbəqədər tərbiyyə müəssisələrində qiymətlərin fantastik dərəcədə baha olmasından narahat olduqlarını bildirib, bu sahədə zəruri tədbirlərin görülməsinin vacibliyini qeyd edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00