“Rusiya özünü tələyə saldı” - Ərəstun Oruclu
“Bu 90 dəqiqə ərzində nələrin müzakirə edildiyini isə təsəvvür etmək belə çətindir”
3 Mart 2014 16:47 Siyasət"Şərq-Qərb" Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu Rusiyanın Ukraynaya ordu yeritməsilə bağlı məsələyə növbəti dəfə münasibət bildirib. Ə.Oruclu qeyd edib ki, Krıma müdaxilə etməklə Rusiya özünü tələyə saldı. Ə.Oruclu hesab edir ki, Rusiya bununla Ukrayna ilə münasibətlərini əsaslı şəkildə pozdu və bu illər boyu davam edəcək: "Digər tərəfdən də ciddi diplomatik və iqtisadi sanksiyalarla üzləşəcək. Bunun ilkin işartıları artıq görünməkdədir: Ukrayna millətçiləri səfərbərlik elan etdilər, Kanada Rusiyadakı səfirini geri çağırdı və iyunun 4-5 tarixlərdə Soçidə keçirilməsi nəzərdə tutulan G8 ("Böyük səkkizlik") sammitində iştirakdan imtina elədi. ABŞ və Rusiya prezidentləri arasında 90 dəqiqəlik telefon danışığı oldu. Bu 90 dəqiqə ərzində nələrin müzakirə edildiyini isə təsəvvür eləmək belə çətindir". ("OLAYLAR" İA)