“Fətullahçılar Azərbaycanda siyasi partlayış edə bilməzlər” - AÇIQLAMA
Qabil Hüseynli: “Fətullah Gülənin Amerikanın adamı olması mümkün məsələdir”
3 Mart 2014 16:45 SiyasətPolitoloq Qabil Hüseynli son zamanlarda Azərbaycanda dini təşkilatların fəaliyyətləri ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirib. Q.Hüseynli qeyd edib ki, Azərbaycan və dünyadakı bəzi radikal dini təşkilatların məqsədləri təhlükəlidir. Politoloq hesab edir ki, vəhabi və digər dini sektaların fəaliyyətlərində siyasi motivlər özünü qabarıq şəkildə göstərir. Eyni zamanda onların başqa dövlətlərin maraqlarına xidmət etdiklərini deyən Q.Hüseynlinin sözlərinə görə, bəzi dini təşkilatlar ayrı-seçkilik salmaqla İslami dəyərlərə ciddi zərbə vururlar. Dini siyasiləşdirmək yaxşı arzuolunan deyil. Dinin siyasətə qarışmadığı Azərbaycan cəmiyyətində bu cür təmayüllərin baş verməsi deyil. Suriyada baş verən hadisələrlə əlaqədar dini təşkilatlar ayrı-ayrı ölkələrdə fəaliyyətlərini aktivləşdirməyə çalışırlar. Lakin həmin təşkilatlar Azərbaycanda öz niyyətlərinə çata bilməyəcəklər". Politoloq fikirlərini Azərbaycan cəmiyyətinin dünyəvi olması ilə əlaqələndirdi. Qabil Hüseynli Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın "Gülən camaatı"-nın rəhbəri Fətullah Gülənin Amerikanın adamı olması ittihamına toxunub. Q.Hüseynli vurğulayıb ki, Fətullah Gülənin Amerikanın adamı olması iddiaları mümkündür. Fətullahçıların öz fəaliyyətlərilə siyasi məqsədlər güddüyünü deyən politoloq onların siyasi məqsədləri indiki məqamda sırf Türkiyə ilə bağlı olduğuna da diqqət çəkdi: "Hələlik digər ölkələrdə fətullahçıların siyasi fəaliyyətləri üzə çıxmayıb. Nurçuların Azərbaycandakı mövqeləri olduqca zəifdir. Fətullahçıların Azərbaycanda siyasi partlayış etməsi mümkün deyil. Çünki Azərbaycan xalqı ölkədə baş verən proseslərdən tamamilə razıdır. "Gülən camaatı"-na daxil olan 3-4 təşkilat və siyasi adamlar ölkədə baş verən proseslərin istiqamətini dəyişmək gücündə deyillər". ("OLAYLAR" İA)