Qırğızıstanda 31 mart soyqırım günü qeyd ediləcək

31 mart-Azərbbaycanlıların Soyqırım Günü ilə əlaqədar olaraq Qırğızıstanda bir sıra tədbirlər keçiriləcək. Bu barədə məlumatı "OLAYLAR"-a Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov verib.  Bildirib ki, rəhbərlik etdiyi təşkilat həmin tarixlə əlaqədar tədbir keçirməyi nəzərdə tutub. Nüsrət Məmmədov bildirib ki, 31 mart-Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində Azərbaycan Milli Məclisinin üzvü Adil Əliyevin müəllifi olduğu kitabın da qırğız dilinə tərcümə olunub təqdimat mərasimi keçiriləcək.

 

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00