Rusiya bilməlidir ki, güc nümayişi heç nəyi dəyişmir
3 Mart 2014 15:08 Siyasət"Rusiya bilməlidir ki, aqressiv siyasət, zorakılıq, hərbi güc nümayişı heç nəyi dəyişmir". Bu fikirləri "OLAYLAR"-a verdiyi açıqlamada Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının üzvü Əli Oruclu səsləndirib. AMİP rəsmisi bildirib ki, artıq Rusiya bunu anlamalıdır: "Moskva artıq despotik rejimlərin qaranti və müdafiəçisi rolunda çıxış edə bilmir". Əli Oruclu qeyd edib ki, əslində Ukrayna hadisələri ilə Birləşmiş Ştatlar və Qərb Rusiya və onun yaxın müttəfiqlərini hədəfə alıb: "Birləşmiş Ştatlar və Qərbin hədəfi təkcə Ukrayna deyil. Növbəti etapda Belarus və Rusiyanın özü də Qərbin hədəfində olacaq"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00