Rusiyanın Ukraynaya açıq meydan oxuması mümkün deyil

"Ukrayna Qərb, ABŞ və Rusiya arasında şıddətlə davam edən çəkişmələrin kilid nöqtəsidir. Ukraynanın Kremlin nəzarətindən çıxarılması Rusiyanın gələcək bir dövlət kimi təhlükəsiliyinə də öz təsirini göstərəcək". Belə bir açıqlama ilə çıxış edən AMİP Mərkəzi Şurasının üzvü Əli Oruclu "OLAYLAR"-a deyib ki, Kreml iqtisadi və ərazi iddiaları baxımından Ukraynaya təzyiq gostərməyə çalışacaq: "Lakin bunların heç birinin faydası olmayacaq. Ukraynaya açıq müdaxilə separatizmin nümayişkaranə dəstəklənməsi olar ki, bu da əksinə Moskvaya ziyan gətirər. Nəzərə almaq lazımdır ki, Ukrayna Gürcüstan deyil. Bu dövlət həm iqtisadi, həm əhali, həm də hərbi baxımdan güclü dövlətdir və demək olar ki, Rusiya ilə rəqabət aparacaq gücə sahibdir. Ona görə də Rusiyanın Ukraynaya Gürcüstana olduğu kimi açıq müdaxiləsi, meydan oxuması mümkün deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00