“Krım məsələsi Rusiyanı daxildən partladacaq”

Qabil Hüseynli: “ABŞ və Avropa İttifaqı dövlətləri də məsələ barədə artıq Rusiyanı xəbərdar ediblər”

Politoloq Qabil Hüseynli Rusiyanın Ukraynaya yönəlik hərbi və siyasi hərəkətlərinə münasibət bildirib. Q.Hüseynli hesab edir ki, Rusiyanın Ukrayna ətrafında yaratdığı gərginlik bumeranq effekti verəcək. Mütəxəssisə görə, bu hərəkətləri federasiyanı daxildən partlada bilər. Ukraynanı təsir dairəsinə salmasının Rusiyaya müvəffəq olmayacağını deyən politoloq bunu, Ukraynanın güclü dövlət, xalqın milli məsələlərdə istənilən qüvvələrə dirəniş göstərmək iqtidarında olması ilə əlaqələndirib: "Krım isə tatarlarındır. Tatarlar son qanına qədər mübarizə aparan millətdir. Bu millət heç vaxt Krımı Rusiyaya güzəştə getməyəcək. ABŞ və Avropa İttifaqı dövlətləri də məsələ barədə artıq Rusiyanı xəbərdar ediblər. Beynəlxalq güclər Rusiyanı Ukraynaya qarşı radikal hərəkətlərdən geri çəkindirməyə çalışır. Rusiyanın Ukraynaya yönəlik hərəkətləri psixoloji təzyiq xarakteri daşıyır. Ukraynada hakimiyyətin formalaşması başa çatdıqdan sonra bu ölkə Rusiyaya qarşı daha sərt şəkildə mübarizə aparacaq". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00