Dağlıq Qarabağ problemi üç geopolitik güc mərkəzinin arasındakı savaşdır

"Artıq ATƏT-in Minsk qrupu formatının bu münaqişənin həllinə yaramadığını hər kəs bilməkdədir. Azərbaycan cəmiyyətində illüziyalar yoxdur və hamı bu reallığı qəbul edir". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri millət vəkili Zahid Oruc səsləndirib. O, bildirib ki, regionda "Dağlıq Qarabağ" amili iqtisadi-siyasi imkanlara sahiblənmək vasitəsidir, təzyiq alətidir: "Bu, həm də regional kontekstdə oturuşmaq, öz geopolitik maraqlarını həyata keçirmək üçün də bir fürsətdir.

Fikrimcə, Dağlıq Qarabağ problemi üç geopolitik güc mərkəzinin arasındakı savaşdır. Minsk qrupunun hazırkı formatı atəşkəsin pozulması fonunda dərk etdi ki, atılan bu güllələr həm də onların əleyhinədir. Bu, onların mandatının iflasa uğramasının, bu formata etimadın olmamasının göstəricisidir. Əgər tərəflər özləri münaqişənin gələcəyini silahlı vasitələrlə görürlərsə, bu o deməkdir ki, beynəlxalq orbitrlər hər hansı bir rol oynamır. Həmsədrlər zamanı xeyli dərəcədə əldən buraxdılar. Bəlkə də, münaqişənin 2000-ci illərin əvvəlində həlli ehtimalı daha böyük idi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00