Azərbaycan “Maydan”dan kənardadır
Zahid Oruc: “Azərbaycan elə bir həssas bölgədə yerləşir ki, demokratiyanı bundan artıq etmək mümkün deyil”
28 Fevral 2014 13:33 Siyasət"Mayda"nın ixracı ideyası, təbii ki, müxtəlif dövlətlərin planında olacaq". Bunu deyən millət vəkili Zahid Orucun sözlərinə görə, "Maydan" hadisələrinin ixracı cazibədardır, xalq kütlələri burada aktivdir, özünəməxsus bir keyfiyyəti daşıyıb, güc yaradıb, inam formalaşdırıb: "Lakin Azərbaycan sözün bütün mənalarında "Maydan"dan kənardadır. Təbii ki, ölkənin istənilən problemini qabaqtmaq, onu ortaya qoymaq, ciddi şəkildə gündəmi onun vasitəsilə tutmaq olar. Amma Yanukoviç hakimiyyətinin buna qədərki dönəmdə yol verdiyi səhvlər, hətta, cinayət dərəcəsində yol verdiyi nöqsanlar o qədər böyükdür ki, onun hakimiyyətinin davam gətirməyəcəyi də ortada idi. Çox təəssüf ki, bəzən demokratiya ixracı, bir ölkənin siyasi idarəçilik modelinin tətbiqi başqa ərazilərə sahiblənmək və sairənin tərkibi olub. Ona görə bununla əlaqəli hər kəs qəbul etsin ki, Azərbaycan elə bir həssas bölgədə yerləşir ki, demokratiyanı bundan artıq etmək mümkün deyil. Bizi iddia etmirik ki, bu elə bir fenomendir ki, onu proporsiyalarla vermək lazımdır. Amma demokratiyaya bu gün ən böyük zərbəni işğal gerçəkliyi, humanitart fəlakət, bəlli digər problemlərimiz doğurur. Ona görə hesab edirəm ki, Azərbaycan bundan sonrakı dövrdə də ABŞ daxil Qərblə fəal şəkildə cəmiyyətin, cəmiyyət həyatının dəyişməsi, quruculuq işlərində və sair, birgə addımlar atmağa hazırdır. Lakin ölkə xaricindən diqtə ilə, konkret göstərişlərlə Azərbaycanı qurmaq olmaz".