Sərdar Cəlaloğlu: “Rusiyanın Ukrayna siyasəti seperatizmin baş qaldırmasına gətirib çıxara bilər”
27 Fevral 2014 16:48 Siyasət"Ukrayna hadisələri olduğqca təəhkükəli mərhələyə daxil olub. Soçi qış olimpiadası gedişində Ukraynadakı hadisələrə loyal münasib göstərən Rusiyanın olimpiadadan dərhal sonra aqressivlik nümayiş etdirəcəyi gözlənilən idi" "OLAYLAR"-ın xəbərinə gğrə, belə bir açıqlama ilə çıxış edən ADP sədri Sərdar Cəlaloğlu deyib ki, bunu həm də Rusiyanın Gürcüstanla bağlı bir neçə il əvvəl yürütdüyü təcavüzkar və işğalçılıq siyasəti təsdiq edirdi: "Gürcüstandan fərqli olaraq Ukrayna ilə anoloji davranış təkcə bölgədə deyil, bütövlükdə dünyada sülhü və təhlükəsizliyi ciddi təhdid edir. Beynəlxalq ictimaiyyət bütün təsirli və önləyici vasitələrdəın istifadə edərək Rusiya aqressiyasının qarşısını almasa bu proseslər təkcə Ukraynada yox, həm də Rusiyada uzun müddətli stabilliyin pozulacağına gətirib çıxara bilər". ADP sədri hesab edir ki, Rusiyanın Ukrayna siyasəti eyni zamanda keçmiş postsovet məkanında olduqca ciddi və təhlükəli meyllərin- seperatizmin, terrorizmin, işğalçılığın baş qaldırmasına gətirib çıxara bilər: "Dünyanın bütün demokratik ictimaiyyəti Ukrayna xalqının yanında olmalı, ona dəstək verməli və Ukrayna xalqının azad seçiminə hormətlə yanaşmalıdır. Əks halda bölgə güclərinin beynəlxalq hüquqla istədikləri kimi davranması dünya nizanını təhdid edən təhlükəli meyllərə yol aça bilər".