Türkiyədə-İzmirdə Xocalını anım həftəsi
27 Fevral 2014 15:56 SiyasətDünyanın çox yerlərində olduğu kimi Türkiyənin İzmir şəhərində də Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi dərnəyinin üzvləri də Xocalı soyqırımının 22-ci ildönümündə şəhitlərimizi anmaq üçün bir araya gəldilər. "İnsanlığın utancı, türklərin danışmayan gözyaşı-Xocalı" şüarıyla tədbir keçirən xanımlar bu acı həqiqəti Türkiyə vətəndaşlarına çatdırmaq üçün səfərbər oldular.
Dərnək binasının önündə günorta saatlarında şəhidlərin ruhuna lokma dağıdılb ehsan verildi. Hər lokma payının üstündə iştirakçılara Xocalı soyqırımı faciəsini əks etdirən məlumat-açıqca verildi. Açıq deməliyik ki, qardaş Turkiyədə adamlar bu gün də bu faciə haqqında ətraflı məlumatlara malik deyillər. İzmir Qadınlar Dərnəyinin rəhbəri Cəvahir Əhmədova tədbirə gələn qonaqlara bildirdi ki, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə birləşmiş rus-erməni silahlı qüvvələri Xocalıya hücum edərək tariximizə qanlı hərflərlə həkk olunmuş Xocalı soyqırımını törətdi. Amansızlığına görə dünya tarixində törədilmiş ən qəddar cinayətləri belə üstələyən bu soyqırımı aktı təkcə Azərbaycan türklərinə qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə, beynəlxalq sülhə qarşı törədilmiş ən ağır cinayət idi.
"İzmir şəhid ailələri", "Akıska türkləri", "Balkan köçmənləri" dərnəklərinin rəhbərləri, MHP Konak Qadınlar Birliyinin sədri Ayşəgül Çətinkaya, Türk-Büro dərnək rəhbəri Nəbi Yay çıxışlarında bu faciənin ağrılı və üzücü olduğunu vurğulayaraq, böyük Türk dünyasına birlik arzuladılar. Tədbirdə Xocalı faciəsini əks ətdirən videolar, "Keşkə olmasaydı" sənədli televiziya filmi nümayiş etdirildi. "Bolqar türkləri" dərnəyinin rəhbəri Mehmət Sərbəstin "Çox acılar çəkdik" şerindən sonra iştirakçılar göz yaşların saxlaya bilmədilər. Doqquz Eylül Universtitetinin magistr məzunu Ramin Cəfərov qonaqların suallarını cavablandırdı və yaxın keçmişdəki hadisələrə faktlarla aydınlıq gətirdi.
Dərnək üzvlərindən Nazilə Atayeva, Nurgül Iğdır, Fidan Çelik, Bedia Fidanboy, Arzu Abbasova, Dəniz Damar, Şəfəq Alganer və digər xanımlar gün ərzində gələn qonaqlara Xocalı soyqirimini əks etdirən plakat və rəsmləri paylamaqla faciənin dəhşətli görüntülərini anlatmağa çalışdılar.
Bu tədbirdən bir gün əvvəl də dərnəyimiz "Zəkəriyyə Doğan mədəniyət evi" dərnəyi ilə birlikdə mərasim keçirdilər. "Azərbaycan-Türkiyə Qadınlar birliyi"nin sədri Tənzilə Rüstəmxanlı, Kənan Doğan və Cəvahir Əhmədova mətbut toplantısında verilən sualları cavabladılar. Fevralın 23-də isə dərnək üzvlərimizlə birlikdə Ankarada Azərbaycan Dialoq və Qardaşlıq dərnəyinin (ADKA-DƏR) "Xocalıya ədalət" kampaniyası çərçivəsində mərasiə qatıldıq. Türkiyədə təhsil alan dünyanın 29 ölkəsinin və Azərbaycandan olan tələbələrin birgə hazırladığı tədbir yüksək səviyyədə təqdim edildi. Tədbirdə Milli Məclisin deputatı Qənirə Paşayeva ürək sözlərini söylədi və tələbələrə kitab hədiyyə etdi.
26 fevral günü dərnək üzvlərimiz İzmir Universtetində keçirilən "Xocalıya ədalət" toplantısında da iştirak etdiər. Dərnəyimizin İdarə Heyəti üzvü Səbinə Şehri (Əliyeva) isə Türkiyə Böyük Millət Məclisində keçirilən görüşlərə qatıldı. Xocalı-26 fevral həftəsinin tədbirləri bu gün də davam etdirilir. Bu fikirdəyik ki, müqəddəs məqsədlərimizə nail olmaq üçün bu kimi tədbirlərin keçirilşəsi təkcə təqvimlə bağlı olmamalı, bütün il boyu davam etdirilməlidir.