Türkiyədə “Xocalı” abidəsinin açılışı olacaq
27 Fevral 2014 14:48 SiyasətMilli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun başçılıq etdiyi parlament nümayəndə heyəti Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Ankaraya yola düşüb. MM-dən verilən məlumata görə, nümayəndə heyətinə Milli Məclisin deputatları Mahir Aslanov və Kamilə Əliyeva daxildir. Səfər çərçivəsində nümayəndə heyətimiz Türkiyənin Keçiörən bələdiyyəsində "Xocalı" abidəsinin və meydanın açılış mərasimində iştirak edəcək. Tədbirlərdə Xocalı hadisələri zamanı ermənilərin azərbaycanlılara qarşı yürütdüyü soyqırım siyasəti barədə ətraflı məlumat veriləcək, Xocalı faciəsini əks etdirən müxtəlif materiallar nümayiş olunacaq, qətlə yetirilən soydaşlarımızın xatirəsi anılacaq. Səfər fevralın 28-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00