Deputatlarımız AŞ PA-nın Komitə iclasına qatılacaqlar

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, parlamentin Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Elxan Süleymanov qurumun Monitorinq komitəsinin iclasında iştirak etmək üçün Maltaya səfər ediblər. MM-dən "Olaylar"a verilən məlumata görə, Komitə iclasında Albaniya tərəfindən qurum qarşısında götürülmüş öhdəliklərin yerinə yetirilməsi, bu ölkənin hazırkı durumu, Makedoniya, Monako və Bolqarıstanda aparılmış monitorinqin nəticələri barədə müzakirələr aparılacaq. Deputatlarımız müzakirələrdə fəal iştirak edəcək, öz fikirlərini bölüşəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00