Maydan Bakıda doğulan nazirə etiraz etdi

Arsen Avakovun istənilməməsinə səbəb isə onun tələblərinə cavab verməməsidir

Avromaydan Arsen Avakovun yeni qurulan hökumətin tərkibində daxili işlər naziri postunu tutmasına etiraz edib. Bu barədə bənd Avromaydanın Ümumukrayna konferensiyasının bəyanatına salınıb.
A.Avakovun istənilməməsinə səbəb isə onun bu postun peşəkar tələblərinə cavab verməməsidir.
Qeyd edək ki, Avakov dünən keçirdiyi brifinqdə Viktor Yanukoviçi saxlamaq üçün bütün imkanlarının olduğunu, lakin Krımdakı Rusiya meyilli qüvvələrə görə etməyib.

Ukraynada Nazirlər Kabinetinin yeni tərkibi məlum olub. ANS PRESS-in məlumatına görə, yeni nazirlərin adları etiraz aksiyalarının mərkəzi hesab edilən Maydanda açıqlanıb.
Baş nazir - Arseni Yaçenyuk
Avropaya inteqrasiya məsələləri üzrə baş nazirin müavini - Boris Tarasyuk
Humanitar məsələlər üzrə baş nazirin müavini - Olqa Boqomoleç
Regional siyasət məsələləri üzrə baş nazirin müavini - Vladimir Qroysman
Baş nazirin müavini - Aleksandr Sıts
Ədliyyə naziri - Pavel Petrenko
Maliyyə naziri - Aleksandr Şlapak
İqtisadiyyat naziri - Pavel Şeremeta
Təhsil naziri - Sergey Kvit
Səhiyyə naziri - Oleq Musiy
Sosial siyasət naziri - Lyudmila Denisova
Ekologiya naziri - Andrey Moxnik
Mədəniyyət naziri - Yevgeni Nişuk
Xarici işlər naziri - Andrey Deşiça
Aqrar siyasət naziri - Aleksandr Mirnı
Energetika naziri - Yuri Prodan
Gənclər və İdman naziri - Dmitri Bulatov
Daxili işlər naziri - Arsen Avakov
Antikorrupsiya bürosunun sədri - Tatyana Çernovol

Qeyd edək ki, Avakov Azərbaycanda doğulub. O, 1964-cü il yanvarın 2-də Bakının o zamanki Kirov qəsəbəsində dünyaya gəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00