Xocalı faciəsi müasir dünya üçün bir ləkədir
27 Fevral 2014 11:53 Siyasət"Xocalı faciəsi müasir dünya üçün bir ləkədir. Bütövlükdə Azərbaycan xalqı, o cümlədən köməksiz mülki əhali, südəmər körpələr, qocalar, qadınlar və uşaqlara qarşı yönəldilmiş Xocalı soyqırımı qəddarlıq və vəhşilik aktıdır, cinayətdir". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə millət vəkili Fuad Muradov çıxış edib. Bildirib ki, Xocalının tanınması ədalət, demokratiya, insan hüquqları, diplomatiya məsələsindən başqa, həm də insaniyyət məsələsidir: "Hər il daha çox ölkələr, beynəlxalq qurumlar Xocalını tanıyır, qətnamə və bəyanatlar qəbul edir. Əminəm ki, bu ölkələrin sayı getdikcə artacaqdır. Əgər beynəlxalq təşkilatlar, diplomatlar, insan hüquqları müdafiəçiləri, siyasətçilər və sadalamadığım digər əlaqədar peşə sahibləri öz işlərinin məqsədinə səmimi və ürəkdən yanaşsalar, Xocalı faciəsinə biganə qala bilməzlər. Xocalı soyqırımını dünyada tanıtdırılması hər birimizin