Finlandiya parlamentlərinə Xocalı soyqırımının tanınması haqda müraciət ünvanlandı
26 Fevral 2014 17:35 SiyasətFinlandiyanın paytaxtı Helsinkidəki "Caisa" mədəniyyət mərkəzində Xocalı Soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş "XX əsrin ən böyük faciəsi- Xocalı soyqırımı" adlı sərgi təşkil olunub. "OLAYLAR"-ın xəbərinə görə, sərgidən öncə iştirakçılar soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Azərbaycan Qadınları Cəmiyyətinin sədri Arzu Oqtay öz çıxışında 22 il əvvəl törədilmiş Xocalı faciəsinin köklərinin əslində daha dərində olduğunu bildirib, ermənilərin əsrlər boyu türklərə qarşı kin-küdurət hissindən bəhs edib. O, gəncləri 2015-ci ildə qondarma erməni soyqırımının ildönümü ərəfəsində ermənilərin hər cür təxribatına qarşı ayıq-sayıq olmağa çağırıb. Tədbirdə iştirak edən Türkiyənin Helsinkidəki səfiri Adnan Başağa çıxış edərək türk tarixinin bu acı və kədərli səhifəsini daim diqqətdə saxlanılmasının vacibliyini bildirib. O, çıxışında erməniləri xərçəng xəstəliyinə bənzədərək, bəzən tibbin də yardım edə bilməyəcəyi xəstələrlə müqayisə edib. Sonda Avropa və Finlandiya parlamentlərinə Xocalı soyqırımının tanınması haqda müraciət qəbul olunub.