Erməni terrorundan bəhs edən daha bir kitab
26 Fevral 2014 15:04 SiyasətYaxın vaxtlarda erməni terrorizmindən bəhs edən daha bir kitab işıq üzü görəcək. Bu barədə məlumat "OLAYLAR"-a Beynəlxalq Diaspora Mərkəzindən daxil olub. Bildirilib ki, mərkəzin sədri İsmayıl Ağayevin müəllifi olduğu kitab ilkin mərhələdə üç dildə-Azərbaycan, rus və ingilis dillərində çap olunacaq. Sonradan isə kitabın fransız, ərəb və alman dillərində də nəşr olunub dünya dövlətlərində yayılması nəzərdə tutulur. Kitabda ermənilərin tarixin müxtəlif dövrlərində azərbaycanlılara qarşı həyata keçirdikləri deportasiya və soyqırımlardan bəhs olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00