Ermənilər etdiklərinin cavabını alacaqlar

"Dünyanın aparıcı dövlətləri, özəlliklə də Minsk qrupuna həmsədrlik edənlər Xocalı soyqırımını tanımayınca, onlardan Dağlıq Qarabağ münaqişəsinin həllinə ədalətli yanaşma gözləmək nonsensdir". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri millət vəkili Sahib Alıyev qeyd edib. Millət vəkili ümid etdiyini bildirib ki, Xocalıda baş verənlər onların bizə qarşı törətdikləri sonuncu soyqrımıdır. "Bundan sonra da başımıza belə bir fəlakət gətirsələr, onun suçlusu özümüz olarıq. Ona görə özümüz olarıq deyirəm ki, bu ancaq bizim yenidən başıpozuq, dağınıq, özünümüdafiə gücü olmayan bir topluma çeviriləcəyimiz halda təkrarlana bilər. İndiki reallıq onu göstərir ki, ermənilər bir daha bu vəhşilikləri təkrarlaya bilməyəcəklər, əksinə gec-tez etdiklərinin cavabını alacaqlar. Bu cavab onların tam haqq etdikləri şəklidə də ola bilər. Amma yaxşı olardı ki, hər şey hüquq müstəvisində həll ediləydi. Bütün dünya Xocalı soyqırımını tanıya, erməni vəhşiliyini pisləyə və işğalçının önündə Azərbaycan torpaqlarının boşaldılması tələbini qoyaydı. Bir sözlə, cavabın hansı şəkildə veriləcəyi təkcə bizdən yox, həm də və daha çox böyük dövlətlərdən asılıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00