Leyla Əliyeva: “Xocalıya Ədalət!” kitabının 2 cildinin təqdimat mərasimi keçirilib
26 Fevral 2014 12:43 SiyasətAzərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində "Leyla Əliyeva: "Xocalıya Ədalət!" (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)" kitabının 2 cildinin təqdimat mərasimi keçirilib.
"Xocalıya Ədalət!" Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasının, AMEA-nın İnsan Hüquqları İnstitutunun və "Kaspian İzvestiya" Beynəlxalq İnformasiya Agentliyinin birgə nəşri olan bu kitabın müəllifləri əməkdar jurnalist Vasif Səmədov və siyasi elmlər üzrə fəlsəfə doktoru, professor Rövşən Vəlizadədir. Kitab "Xocalıya Ədalət!" Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasının 5 illiyinə həsr edilib. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00