“Cənubi Qafqaz” politoloqların diskussiya klubunun 30-ci iclası keçiriləcək

Fevralın 27-də "Cənubi Qafqaz" politoloqların diskussiya klubunun 30-ci iclası keciriləcək. "OLAYLAR"-a daxil olan məlumata görə, iclasda Ukraynada baş verən hadisələri, Soçi olimpiadasının region ücun siyasi nəticələri, eləcə də Azərbaycan-Türkiyə-Gürcüstan münasibətləri ətrafında fikir mübadiləsi aparılacaq. Politoloqlar müzakirələr zamanı əsas diqqəti Ukraynada baş verən proseslərə yönəldəcəklər. Müzakirələrdə politoloqlar: Fikrət Sadıxov, Elxan Şahinoğlu,  Tofiq Abbasov iştirak edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00