Makareviç: “Bosniya-Hersoqovina ermənilərin soyqırım siyasətini pisləyir”
26 Fevral 2014 12:21 SiyasətPakistanın paytaxtı İslamabadda Xocalı Soyqırımı qurbanlarına həsr edilmiş "Xocalı soyqırımı: Günahsız qurbanlar üçün Ədalət axtarışı" adlı konfransda iştirak edən Bosniya-Herseqovinanın bu ölkədəki səfiri Nedim Makareviç Türkiyə mətbuatına açıqlama verib. Azərbaycanı çox sevdiyini deyən Makareviç bildirib ki, Bosniya-Hersoqovina ermənilərin azərbaycanlılara qarşı soyqırım siyasətini pisləyir və qınayır: "Çünki biz soyqırımın nə olduğunu yaxşı bilirik. Xalqımızın da başına belə oyunlar açılıb. Yüz minlərlə insan soyqırım nəticəsində həyatını itirdi. Azərbaycanlı qardaşlarımızın dərdlərinə şərikik. 1992-ci ilin 26 fevralında Xocalıda baş verən soyqırımı bütün dünya tanımalı, qınamalı və hüquqi qiymət verməlidir. İnanıram ki, tezliklə ədalət yerini tapacaq". ("OLAYLAR İA")