Prezident “Ana harayı" abidəsini ziyarət etdi
26 Fevral 2014 10:06 SiyasətPrezident İlham Əliyev Xocalı qurbanlarının xatirəsinə Bakının Xətai rayonu ərazisində ucaldılmış "Ana harayı" abidəsini ziyarət edib.Dövlət başçısı Xocalı soyqırımı zamanı erməni cəlladları tərəfindən qətlə yetirilmiş azərbaycanlıların xatirəsinə ucaldılmış abidə qarşısına əklil qoyub.Prezidenti hökumət və dövlət rəsmiləri müşayiət edib. Hazırda Bakı sakinlərinin "Ana harayı" abidəsi önünə axını davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00