Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilmiş cinayətdir
Türkiyənin paytaxtı Ankarada Xocalı soyqırımı abidəsinin açılışı olub
26 Fevral 2014 09:24 SiyasətAzərbaycan Respublikasının Türkiyədəki səfirliyinin təşəbbüsü ilə Ankaranın Kızılcahamam rayonunda inşa edilən Xocalı Abidəsi və Xocalı Muzey Kompleksinin ərazisində Xocalı faciəsi qurbanlarını anma mərasimi keçirilib.Tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputat Qənirə Paşayeva, Kızılcahamam rayon bələdiyyəsinin başçısı Coşqun Ünal, Kızılcahamam rayonu icra başçısı Mustafa Çit çıxış edib, Xocalı soyqırımını bəşəriyyətə qarşı törədilmiş cinayət hadisəsi kimi qiymətləndiriblər.Mərasimdə tikilməkdə olan və yaxın zamanda açılışı gözlənilən Xocalı abidəsi və muzey kompleksi haqqında ətraflı məlumat verilib.