Eldəniz Quliyev möhlət istədi

Xətai Rayon Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin "El" hərəkatı adlı qurumun Ali Məclis sədri Eldəniz Quliyevə qarşı qaldırdığı iddia üzrə hazırlıq iclası keçirilməli idi. VİP-dən "OLAYLAR"-a daxil olan məlumata görə, cavabdeh tərəf məhkəməyə göndərdiyi teleqramda Xocalı soyqırımının növbəti ildönümünü və müdafiəsi üçün hələlik vəkil tutmamasını əsas gətirərək, iclasın təxirə salınmasını xahiş edib. Hakim İbrahim İbrahimli bu müraciəti qəbul edərək, qeyd olunan iddia üzrə hazırlıq iclasını bir həftə müddətinə təxirə salıb. Hazırlıq iclası martın 4-nə təyin olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00