Azərbaycan Ukraynanın suverenliyinin qorunmasına dəstək verməlidir
25 Fevral 2014 17:05 Siyasət"Ukraynadakı böhran siyasi yolla həll edilməlidir". Bunu deyən millət vəkili Asim Mollazadənin sözlərinə görə, Azərbaycan isə GUAM -ın üzvü kimi Ukraynanın ərazi bütövlüyünün qorunması üçün beynəlxalq təşkilatlar çərçivəsində Kiyevə dəstək verməlidir. "Azərbaycan xalqı çox istəyir ki, Ukraynanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi təmin olunsun. Biz Ukrayna ilə müttəfiqik, Azərbaycan beynəlxalq təşkilatlarda bu ölkəyə öz dəstəyini ifadə etməlidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00