Xocalı soyqırımı ilə bağlı Beynəlxalq trubunalın təşkili üçün BMT-yə müraciət edilməlidir

"Azərbaycan Xocalı soyqırımı ilə bağlı Beynəlxalq tribunalın yaradılması tələbi ilə BMT-yə müraciət etməlidir. Vaxtilə Ruanda və Srebrenitsa cinayətləriylə bağlı formalaşdırılmış beynəlxalq struktur tipli qurumun yaradılmasına nail olmaq lazımdır ". Bunu deyən milət vəkili  Asim Mollazadənin sözlərinə görə, rəsmi Bakı Xocalı faciəsinin törədilməsində iştirak etmiş və Respublika Hərbi Prokurorluğu tərəfindən haqlarında beynəlxalq axtarış elan edilmiş 38 nəfərin tutulub Beynəlxalq tribunala verilməsi tələbi ilə İnterpola müraciət etməlidir. "Xocalı soyqırımına dair Beynəlxalq tribunal çox vacibdir. Çünki biz Xocalının dinc əhalisinin kütləvi məhv edilməsinin təkcə siyasi yox, həm də hüquqi qiymət almasına nail olmalıyıq. Bunu bizdən Xocalı faciəsi qurbanlarının xatirəsi tələb edir. Xocalı hadisələrinə dair hökmləri Azərbaycanın yerli məhkəmə orqanları yox, beynəlxalq məhkəmə instansiyaları verməlidirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00