Deputat: “Ceyhun Osmanlı Xədicə İsmayılovanın sevgi məcaralarını çəkməyib”
25 Fevral 2014 14:36 SiyasətMilli Məclisin deputatı Fəzail Ağamalı həmkarı Ceyhun Osmanlının jurnalist Xədicə İsmayılın səs yazısının prokurorluğa təqdim etməsini dəstəkləyib. O, deputat Ceyhun Osmanlıya qarşı parlamentdə səslənən ittihamları tənqid edib: "Ceyhun Osmanlı Azərbaycan dövləti üçün çox əhəmiyyətli olan bir məsələnin səsyazısını lentə köçürüb. O həmin jurnalistin şəxsi həyatını lentə almayıb, onun evində çəkiliş etməyib, onun sevgi məcaralarını çəkməyib. Nə edir, düz edir. Hesab edirəm ki, azərbaycanlı olan hər bir Azərbaycan vətəndaşı bunu etməli idi".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00