Zahid Oruc “nurçu deputatlar”dan danışdı
25 Fevral 2014 14:18 Siyasət"20-yə qədər azərbaycanlı deputatın "Fətullah Gülən camaatı"nın üzvü olması ilə bağlı yayılan xəbərlər Türkiyədə baş verən hadisələrin Azırbaycana şamil edilməsi cəhdidir". Bunu deyən millət vəkili Zahid Orucun sözlərinə görə, bu siyahıda adları hallanan deputatların kimliyindən asılı olmayaraq, belə məsələnin qabardılması Azərbaycanla Türkiyə arasındakı münasibətlərə mənfi təsir göstərir: "Hətta bu deputatlara hər ay vəsait ödənildiyi də qeyd edilir. Mən hesab edirəm ki, bütün bunlar Azərbaycan deputatlarına qarşı təxribatdır. Çünki "Fətullah Gülən camaatı"nın, "nurçular"ın Azərbaycanda yalnız təhsil sektorunda müəyyən təsirləri var, başqa sahədə maraqları yoxdur". Spiker Oqtay Əsədov isə Zahid Orucun çıxışına sərt reaksiya verib: "Deyirsən, bu, təxribatdır, qeyri-ciddi söhbətdir. Əgər sünii şəkildı yaradılmış söhbətdirsə, , niyə bunu burada səsləndirirsən?! Nəinki sənin o dediklərinin, heç belə çıxışın da bu iclasda yeri yoxdur".