Deputat Minsk Qrupunu tənqid etdi
25 Fevral 2014 14:17 Siyasət"Ermənilərə tək Runsiya yox, həm də islam ölkələri kömək edir". Bunu deyən millət vəkili Qüdrət Həsənquliyevın sözlərinə görə, ATƏT-in Minsk Qrupu da daxil olmaqla ABŞ , Rusiya və Fransa ermənipərəst mövqe tutur, Azərbaycana qarşı bu qədər qətliam və işğal faktı olsa da onlar susurlar, günahkarın cəzalanmasında maraqlı deyillər: "Halbuki, həmin ölkələrə qarşı bu addımı kimsə atarsa həmin adamı tapıb cəzalandıracaqdılar. Biz ATƏT-in Minsk Qrupunun yarıtmaz fəaliyyətini pisləməliyik. Belə davam edərsə işğal faktı hələ 20 il də davam edər". Deputat islam ölkələrinin əməkdaşlıq təşkilatını tənqid edib. "Islam əməkdaşlıq təşkilatı ölkələrindən isə kömək gözləməyə dəyməz. Çünki bu ölkələr siyasi mövqe nümayiş etdirmirlər, dağınıq haldadırlar. Ermənistanın bu gün ayaq üstə qalmasında səbəbkar Rusiyadan çox islam ölkəsi olan İrandır. Məsçidləri dağıtmış ölkə ilə həm iqtisadi, turizm, digər sahədə əməkdaşlığı genişləndirir".