Oqtay Əsədov: “Xocalı faciəsi insanlığa qarşı ən böyük cinayətdir”

"Xocalı faciəsi bəşəriyyətdə insanlığa qarşı törədilmiş ən böyük cinayətlərdən biridir: Məhz buna görə Çexiya, Meksika, Honduras, Pakistan, Macarıstan və dünyanın bir sıra digər ölkələri, o cümlədən Avropa Birliyinin 20-yə qədər ştatı Xocalı faciəsini qətliam kimi qəbul edib". Bunu deyən Milli Məclisin sədri Oktay Əsədovun sözlərinə görə, bütün bunlar Azərbaycan dövlətinin başçısının apardığı haqlı və uğurlu siyasətin nəticəsidir: " O cümlədən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın "Xocalıya ədalət" kampaniyası çərçivəsində bu faciə dünyada sürətlə təbliğ olunur. Milli Məclis, Qeyri-Hökumət Təşkilatları bununla bağlı müxtəlif tədbirlər keçirir".

O.Əsədov deyib ki, tezliklə işğal olunmuş torpaqlar da azad olunacaq: "Çünki gündən-günə güclənən Azərbaycan dövlətinin başlıca məqsədi budur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00