Laheydə Xocalı qurbanları anılıb
25 Fevral 2014 12:30 SiyasətHollandiya Azərbaycan Türk Mədəniyyət Dərnəyi tərəfindən Laheydəki "Xocalı Soyqırım Abidəsi" qarşısında anım tədbiri keçirilib. Bu barədə "OLAYLAR"-a məlumat verən dərnəyin sədri İlhan Aşkın deyib ki, tədbir zamanı havaya Xocalıda qətlə yetirilən uşaqların adlarının yazıldığı ağ şarlar buraxılıb. Dərnək rəhbəri İlhan Aşkın bir çox ölkənin bu hadisəni soyqırım olaraq tanıdığını , bu ölkələrin sayının daha da artması üçün çalışdıqlarını ifadə edib: " Bosniya və Herseqovina , Pakistan, Macarıstan , Meksika kimi ölkələr bu qırğını soyqırım olaraq qəbul etdi. Biz Hollandiyada da belə bir qərarın qəbul edilməsi üçün çalışırıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00