Şərqşünaslıq İnstitutunda Xocalı şəhidlərinin anım mərasimi keçirilib

AMEA Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Xocalıya həsr olunmuş tədbir keçirilib. 
Tədbirdə çıxış edən Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, professor Gövhər Baxşəliyeva fevralın 26-sının Azərbaycan xalqı üçün çox ağrılı bir gün olduğunu bildirib. Xocalı faciəsinin iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsi olduğunu qeyd edən Gövhər xanım, bu dəhşətli hadisənin ağır nəticələrindən söz açıb.  Xocalının səsinin bütün dünyaya bəyan etməyin hər bir azərbaycanlının borcu olduğunu  və Şərqşünaslıq İnstitutunda  Xocalı faciəsi ilə bağlı yazılar, sənədlər və digər mühüm materialların şərq dillərinə tərcümə edilərək yayıldığını bildirib.
Tədbirdə institut əməkdaşlarından iqtisad üzrə fəlsəfə doktoru Əkrəm Rəhimli, hüquq üzrə fəlsəfə doktoru Sultanəli Mirzəzadə, tarix üzrə elmlər doktoru Şahin Mustafayev, tarix üzrə elmlər doktoru Solmaz Rüstəmova-Tohidi, tarix üzrə fəlsəfə doktoru Bəşarət Bəşirova və başqaları çıxış edib.  ("OLAYLAR"İA)
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00