“Timoşenko inqilabı yenidən Ukraynaya qaytara bilər” - FİKİR
Elxan Şahinoğlu: “Müxalifət öz arasından prezidentlik üçün başqa namizədi irəli sürməlidir”
24 Fevral 2014 14:35 Siyasət"Atlas" Araşdırmalar Mərkəzinin direktoru Elxan Şahinoğlu sabiq baş nazir Yuliya Timoşenkonun yenidən Ukrayna siyasətinə qayıtmasını şərh edib. E.Şahinoğlu bildirib ki, Viktor Yanukoviç ölkəni qan gölünə, parçalanmanın astanasına, iqtisadi və sosial xaosa yuvarlandırdı: "Ancaq Y.Timoşenkodan da yaxşı heç nə gözlənilmir. Hesab etmək olar ki, uzun müddət "Maydan"-ı idarə edən müxalifət Timoşenkoya qol-qanad açmağa imkan verməməlidir, prezidentliyə öz arasından kimisə namizəd irəli sürməlidir. Əks halda inqilab bir müddətdən sonra yenidən Ukraynaya qayıda bilər". ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00