Rəsmi Bakı Latviya dərsliyində yol verilən nöqsana münasibət bildirdi
Xarici işlər naziri müavini Xələf Xələfov Azərbaycan XİN-nin aidiyyatı orqanlara lazımi təlimatlar verdiyini deyib
24 Fevral 2014 12:51 SiyasətAzərbaycan XİN Latviya dərsliyində yol verilən nöqsanla bağlı münasibət bildirib. Jurnalistlərə açıqlama verən xarici işlər naziri müavini Xələf Xələfov Azərbaycan XİN-nin aidiyyatı orqanlara lazımi təlimatlar verdiyini deyib:
"Bilirsiz biz bu işləri mütamadi olaraq aparırıq. Latviya və digər ölkələrdə bu kimi hallar, yəni Azərbaycanın siyasi xəritəsi haqqında məlumatlar təhrif edilərsə biz müvafiq işlər görürük. Çünki, əksər ölkələrdə Azərbaycanın diplomatik misiyaları fəaliyyət göstərir. Bu mkisiyaların vəzifəsidir ki, birinci növbədə öz olkələrini təmsil etsinlər və maraqlarını qorusunlar. Bu baxımdan, bu cür hallar baş verirsə və müşahidə olunursa bilavasitə operativ şəkildə səfirlik müvafiq tədbirlər görür. Biz mərkəz kimi lazımi təlimatları veririk".
X.Xələfov əlavə edib ki, bu təlimatların yerinə yetirilməsi və bu halların aradan qaldırılmasına nail olunur: "Azərbaycan tərəfi məsələyə reaksiya bildirib. Ümid edirəm ki, bu reaksiyanın nəticəsi olacaq və məsələ aydınlıq tapacaq. Yanlışlıq varsa və hər hansı səhf buraxılıbsa, haradakı Azərbaycanın maraqları pozulub onlar aradan qaldırılmalıdır". ans